MƏDƏNİYYƏT
6-CI FORUMA AZƏRBAYCANIN İKİ FİLMİ TƏQDİM OLUNMUŞDUR
Mayın 7-də Moskvada, Mərkəzi Kinematoqrafçılar Evində MDB ölkələrinin və Baltikyanı ölkələrin milli kinematoqrafiyalarının Y1 forumu açılmışdır. AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, forumda 2001-2002-ci illərdə istehsal olunmuş və komissiyanın 200 film içərisindən seçdiyi 106 film göstəriləcəkdir. Forumda bədii, sənədli və animasiya kino proqramları nümayiş etdiriləcəkdir.
Azərbaycan forumda rejissor Şamil Əliyevin “Təsadüfi görüş” bədii və rejissor Əlisa Kabbarovun “Belə ana var” sənədli filmləri ilə təmsil olunmuşdur.
Forumun prezidenti, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov demişdir ki, Kinematoqrafçılar konfederasiyası öz hesabına rejissorlar Ş.Əliyevi və X.Kabbarovu, kinoşünaslar R.Bədəlovu, A.Salayevi, Azərbaycan Milli Kinemotoqrafiya Mərkəzinin baş direktoru R.Hüseynovu bu foruma dəvət etmişdir. R.İbrahimbəyov bunu da əlavə etmişdir ki, Avrasiya kinematoqrafiyası bu gün nəinki fəaliyyət göstərir, həm də 15 il əvvəl SSRİ respublikalarının milli kinematoqrafiyalarında olduğu kimi, qaynar həyata qayıdır. Forumun prezidenti vurğulamışdır ki, MDB ölkələrinin və Baltikyanı ölkələrin milli kinematoqrafiyaları son on ildə tam tənəzzül həddinə gəlib çatmışdı. Lakin, görünür, məhz bu hal onun dirçəlməsinə güclü təkan vermişdir. R.İbrahimbəyov demişdir: “Forum tamaşaçıların və tənqidçilərin böyük marağına səbəb olmuşdur ki, bu da milli kinematoqrafiyalarımızın öz milli köklərini, ənənələrini və onilliklər ərzində bərqərar olmuş qarşılıqlı əlaqələrini qoruyub saxlayacağına əminlik yaradır. Bu isə onların uğurlu inkişafının rəhnidir”.
Forum mayın 15-də başa çatacaqdır.
Asya Haçızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva