Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

Bakı, 6 may, Təhminə Verdiyeva, AZƏRTAC

Dünyanın qlobal problemlərindən biri ekologiyanın və ətraf mühitin qorunmasıdır. Planetimizdə bu problem böhran həddinə çatıb. Eyni zamanda, rəqəmsal texnologiyaların və süni intellektin inkişafı problemin həllinə yeni yanaşmaya imkan verir.

Ətraf mühitin qorunmasında rəqəmsal texnologiyalar və süni intellekt

Müasir dövrdə innovativ texnologiyaları tətbiq etməklə ətraf mühiti qorumaq mümkündür. Bu gün ekologiya və ətraf mühitin qorunmasında rəqəmsal texnologiyalar və süni intellekt mühüm rol oynayır. Problemin həlli istiqamətində onlardan müxtəlif sahələrdə istifadə etmək mümkündür. Həmin istiqamətlərin bəzisinə diqqət yetirək.

Məlumatların analizi. Məlumat bazaları vasitəsilə ətraf mühitin monitorinqi aparılır. Süni intellekt bu məlumatları analiz edərək ekoloji dəyişiklikləri izləyə və təhlil edə bilər. Proqnozlaşdırma. Süni intellektdən ekoloji hadisələri proqnozlaşdırmaq üçün istifadə edilə bilər. Məsələn, hava şəraitini proqnozlaşdırmaqla zərərli təsirlərin qarşısını almaq üçün tədbirlər görülə bilər. Resurs idarəetməsi. Rəqəmsal texnologiyalar və süni intellekt su, enerji və digər təbii resursların səmərəli istifadəsini təmin edə bilər. Bu, ətraf mühitin qorunmasına və davamlı inkişafın təmin edilməsinə kömək edir. Ətraf mühitin monitorinqi. Dronlar, peyklər və s. vasitəsilə ekoloji problemləri müşahidə etmək mümkündür. Süni intellekt bu məlumatları təhlil edərək çirklənmə və digər zərərləri müəyyənləşdirə və həll yollarını təklif edə bilər. Ekoloji tədqiqatlar. Süni intellekt təbii ekosistemlərin öyrənilməsində və dəyişikliklərin monitorinqində kömək edə bilər. Davamlı inkişaf. Rəqəmsal texnologiyalar və süni intellekt davamlı inkişaf hədəflərinə nail olmaq üçün səmərəli vasitələr təmin edir. Bu vasitələr ətraf mühitin qorunması üçün çox vacibdir və davamlı inkişafa təşviq etmək üçün mühüm əhəmiyyət daşıyır.

Eləcə də nəqliyyat sektorunun optimallaşdırılmasında, tullantıların idarə olunmasında, biomüxtəlifliyin qorunmasında süni intellekt texnologiyalarını tətbiq etmək mümkündür.

Azərbaycanda ekologiya sahəsində rəqəmsal texnologiyalar inkişaf etdirilir. Ulu Öndər Heydər Əliyev vaxtilə deyirdi: “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız”.

Bu gün respublikamızda ətraf mühitin qorunmasında rəqəmsal həllərin tətbiqi vacib amil hesab olunur. Eyni zamanda, ölkəmizdə meşə zolaqları və yaşıl sahələr artırılır, ağac əkilməsi aksiyaları həyata keçirilir. Sənaye və nəqliyyat sektorunun modernləşdirilməsi ətraf mühitin çirklənməsini azaldır. Su ehtiyatlarının qorunması və səmərəli istifadəsi üçün mühüm layihələr həyata keçirilir. Ətraf mühitin qorunması ilə bağlı qanunvericilik tənzimləmələri yenilənir və gücləndirilir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə məqsədilə beynəlxalq sazişlərə qoşulub.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü ekspert Fərid Pərdəşünas mövzu ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb.

Onun sözlərinə görə, birinci məsələ ondan ibarətdir ki, texnologiya və süni intellektin köməyilə enerji effektivliyini tənzimləmək olur. Yəni süni intellekt nəqliyyat istehsalı sahəsində və sənayenin digər sahələrində enerjidən istifadəni optimallaşdıra bilir. Enerjiyə qədər qənaət edəriksə, ətraf mühiti bir o qədər qorumuş oluruq.

İkinci məsələ bərpaolunan enerji ilə bağlıdır ki, bu da birbaşa texnologiyalara aiddir. Yəni texnologiyaları inkişaf etdirməklə, süni intellektdən də istifadə etməklə bərpaolunan enerji mənbələrini artırırıq. Məsələn, süni intellekt proqnoz verə bilir ki, hansı bərpaolunan enerji mənbələrindən istifadə etmək olar. Texnologiya bərpaolunan enerji mənbələrini qorumağa kömək edir. Təbii ki, hazırda Günəş, külək kimi bərpaolunan enerji mənbələrindən istifadə olunur. Bu da birbaşa sahib olduğumuz texnologiyaların sayəsindədir. Üçüncü məsələ proqnozlaşdırma ilə bağlıdır. Süni intellekt imkan verir ki, əlimizdə olan datalara əsasən, planetin növbəti illərdə iqlim dəyişikliyinin simulyasiyasını həyata keçirək. Əlimizdə olan məlumat bazasını daxil etməklə süni intellekt bizə 10-15 il sonra iqlimdə hansı dəyişikliklər baş verəcəyini, bizi nə gözlədiyini müəyyənləşdirməyə imkan verəcək. Yəni süni intellektin tətbiq edilməsinin əsas üstünlüklərindən biri proqnozlaşdırma ilə bağlıdır. Əlimizdə normal proqnozlar olarsa, onunla bağlı daha tez addımlar atmağa başlayacağıq. Süni intellekt həlləri hazırda imkan verir ki, əlimizdə olan məlumatlar əsasında proqnozlaşdırmanı geniş bir şəkildə həyata keçirərək müəyyən simulyasiyalar yaradaq. Dördüncü məsələ peyk texnologiyaların bizə verdiyi dəstəkdir. Hazırda iqlim dəyişikliklərinin izlənməsində, dünyada baş verən proseslərin görüntüyə alınmasında peyk texnologiyaları bizə kömək edir. Məsələn, həmin texnologiyalar vasitəsilə meşələrin qırılmasını izləyə bilirik, təbiətdə olan flora-faunanın necə dəyişdiyini görmək imkanımız yaranır, illərə görə müqayisələr və təhlillər apara bilirik. Müxtəlif ölkələr sırf bununla bağlı peyklər göndərirlər. Həmin peyklərin funksiyaları təbiəti izləmək, orada baş verən dəyişiklikləri qeydə almaqdır. Burada Çini nümunə göstərmək olar. Çinin bir layihəsi var idi, məhz bu proseslə əlaqədar idi. Həm flora və faunanı, həm də okeanların vəziyyəti süni intellektin sayəsində müşahidə edə bilirdi. Beşinci məsələ karbon emissiyasının azaldılması ilə bağlıdır. Burada süni intellektin əsas vəzifəsi karbon emissiyasının azaldılması ilə bağlı ən effektiv üsulları və əldə olunan datalar əsasında monitorinq strategiyalarını müəyyən etməklə bağlıdır. Təbii ki, iqlim dəyişikliyinin qarşısını almaqdan və təbiəti qorumaqdan danışırıqsa, bir nömrəli məsələ karbon emissiyasının azaldılmasıdır. Burada süni intellekt bizə həllər təklif edə bilər. Məsələn, nələri dəyişsək, karbon emissiyası təbiətdə azalar, hansı təkrar istehsal texnologiyalarından istifadə etmək lazımdır və s. Altıncı məsələ, texnologiyanın inkişafı ilə hidrogen və elektriklə işləyən avtomobillərin istehsalıdır. Təbiətdə olan iqlim dəyişikliklərinin qarşısını almaq, təbiətə daha az zərərli maddələrin buraxılması üçün avtomobil sənayesində çox ciddi dəyişikliklər baş verir. Hər şey bizi elektrik avtomobillərinə, hidrogen mühərrikli avtomobillərə doğru aparır. Hazırda elektrikin belə tam olaraq təbiətə ziyan vurmadığı bəllidir, o da müəyyən mənada elektrik enerjisinin alınmasında təbiətə zərər verir. Ona görə də texnologiyanın gələcəyi olan böyük avtomobil brendləri hidrogen mühərrikləri zərərsiz görür. Onlar istehsal prosesi nə qədər çətin və bahalı olsa da, hazırda təbiətə daha az zərər vuran mühərriklərdir. Təsadüfi deyil ki, bir sıra ölkələr müəyyən illərdən sonra digər mühərrikli avtomobillərdən imtina edəcəyini açıqlayıb. Bu, o deməkdir ki, texnologiyanın köməyilə təbiəti qorumağa çalışırıq. Görürük ki, rəqəmsal texnologiyalar və süni intellekt sayəsində ekologiya və ətraf mühitin qorunması üçün daha yaxşı imkanlar mövcuddur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Latviya Parlamentinin sədri Füzuliyə gəlib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Azərbaycan ilə İranın dövlət sərhədində Prezident İlham Əliyevin və Prezident Seyid İbrahim Rəisinin görüşü başlayıb YENİLƏNƏCƏK

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib VİDEO

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir

Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub

Azərbaycanın həndbol millisi Özbəkistanda üçüncü qələbəsini qazanıb

Qərbi Azərbaycan İcmasında Yunis Rzayevin 100 illiyi qeyd olunub

Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

“Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb VİDEO

Nazir: Türk İnvestisiya Fondu beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcək

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub YENİLƏNİB VİDEO

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB VİDEO

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib