Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

İqlim dəyişikliyi ağacların bar vermə dövrünü və məhsuldarlığını ciddi şəkildə azaldıb - VİDEOREPORTAJ

İmişli, 12 aprel, Aydın Yavərzadə AZƏRTAC

Son illər iqlim şəraitinin dəyişməsi Mil-Muğan bölgəsində, o cümlədən İmişlidə meyvə bağlarına təsirsiz ötüşməyib. Hava şəraiti ağacların məhsuldarlığını aşağı salmaqla həm də bar vermə müddətini qısaldıb. İndi bağbanlar iqlim şəraitinə daha dözümlü olan sortlar becərməklə bağlarda məhsuldar ağacları aqrotexniki qaydalara uyğun olmaqla yetişdirirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişlidə bağbanlar ağacların dərmanlama işlərinə başlayıb. Yaz mərhələsində önəmli hesab edilən dərmanlama əsasən ağacların iç qurduna qarşıdır. Bağban Azər Rzayev deyir ki, bu proses vaxtında aparılmazsa ağaclara birə düşür, daha sonra qurda çevrilərək ciddi ziyana gətirib çıxarır. "Bir aya yaxındır ki, dərmanlama işlərini davam etdiririk, öncə Naxçıvan göycəsi deyilən alça ağacları, daha sonra ərik və gilas ağaclarını dərmanlayırıq. Ziyanvericilərə qarşı sayılan kimyəvi dərmanlama əsasən çiçəkdən çıxan ağaclarda aparılır. Son vaxtlar müşahidə olunan intensiv yağışlar da həşəratların çoxalmasına səbəb olub. Digər bir tərəfdən isə mayalanma prosesini pozub ki, bu da məhsuldarlığa təsir edən amillərdir. Hazırda ziyanverici həşəratlar təsir etməsin deyə dərmanlamanı tezləşdirmişik.

Bağbanları narahat edən əsas məqam iqlim şəraitinin dəyişməsidir. Son 15 ildə havaların dəyişkənliyi bağlarda olan ağacların bar vermə dövrünü və məhsuldarlığını ciddi şəkildə azaldıb. Bağban A.Rzayev deyir ki, təhlükə əsasən ərik, gilas, alma, armud kimi ağaclarda nəzərəçarpacaq dərəcədə artıb: “Bizim bağlarda olan ağaclar uzunömürlü və bol məhsullu ilə seçilib. Lakin son 5 ildə demək olar ki, ağaclar tez quruyur və yeni əkdiyimiz tinglərin inkişafı ləngiyir. Bu da əsasən hava şəraitindən asılıdır. Buna görə ağaclarda müşahidə aparırıq və daha yetişkən və dözümlü sortlara üstünlük veririk. Bir vaxtlar Mil-Muğan bölgəsində daha çox əkilən qırmızıyanaq əriyin yerini son ildə ağ ərik tutub. Dadı və həcminə görə ağ ərik seçilən meyvə olsa da mövcud hava şəraitinə dözümlülüyü azdır. Lakin qırmızıyanaq ərik daha dözümlüdür. Apardığım müşahidə zamanı şahid oldum ki, yağıntılar digər ağaclara təsir etsə də qırmızıyanaq ərik daha dözümlü olur. Bu məqsədlə son 3 ildə qırmızıyanaq əriyin tinglərini çoxaltmağa başladım. Demək olar ki, hər il 800-1000 ədəd ting yetişdirib sayı çoxaltmağa nail olmuşuq”.

Xəyal Xudiyev də bağçılıq sahəsində kifayət qədər təcrübəyə malikdir. Bağda əsasən gilas, alça, ərik, şaftalı, alma armud və.s ağaclar yetişdirir. Məhsuldarlığın artırılması üçün dərmanlama işlərinin mühüm məsələ olduğunu deyir: “Ağaclar ilin hər fəslinə uyğun olaraq dərmanlanmalıdır. Bu həm ziyanvericilərə qarşı effektiv mübarizə sayılır, həm də məhsuldarlığı artırır. Hazırda yaz fəslində çoxalan həşəratlara qarşı paleqor və motsar adlı dərman vururuq. Əlavə olaraq ağaclara düşən xəstəliklərə qarşı kükürd və göydaşdan istifadə edirik. Bunlar səmərəli mübarizə üsulları sayılır. Mart ayının əvvəlindən başlamışıq, artıq işlərimiz yekunlaşmaq üzrədir. Son günlər intensiv yağıntılar bağlara təsir edib, amma bol məhsul əldə edəcəyimizi düşünürük”.

İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, rayon ərazisində 800 hektara yaxın meyvə bağları mövcuddur. Bunlar əsasən həyətyanı sahələrdə salınan təsərrüfatlardır və onlar içərisində nar, heyva, alça, ərik, gilas alma, armud, gavalı şaftalı ağacları üstünlük təşkil edir. İntensiv yağıntıların taxılçılıq, otlaq kimi sahələrə müsbət təsiri olsa da, meyvə bağlarına əsasən tez çiçəkləyən çəyirdəkli ağaclara mənfi təsiri var.

İqlim dəyişikliyi ağacların bar vermə dövrünü və məhsuldarlığını ciddi şəkildə azaldıb - VİDEOREPORTAJ

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB

Azərbaycan ilə İranın dövlət sərhədində Prezident İlham Əliyevin və Prezident Seyid İbrahim Rəisinin görüşü olub YENİLƏNİB-2

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib VİDEO

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir