Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərgidə iştirak etmişdir
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “EuroClub”da görülmüş işlərlə tanış olmuşdur
Bakıda Heydər Əliyev Mərkəzi açılmış, ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdirAzərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir
“Zoologiya 7-8” dərs vəsaiti çapdan çıxmışdır
Bakı, 7 fevral (AzərTAc). “Bakı” nəşriyyatının “İnnovativ tədris vəsaitləri” seriyasından “Zoologiya 7-8” vəsaiti Təhsil Nazirliyinin qrifi ilə çapdan çıxmışdır.
Nazirliyin ötən il keçirdiyi dərslik müsabiqəsinin qalibi olmuş vəsaitin müəllifləri Yaşar Seyidli, Qiyas Quliyev və Xumar Əhmədbəylidir.
Vəsaitin əsas xüsusiyyəti onun tədris proqramına tamamilə uyğun olmasıdır. Kitabda müsabiqəyə təqdim edilən struktur saxlanılmış, tədris metodikasının müasir tələbləri nəzərə alınmışdır.
İlk dəfə tətbiq olunan yeni tərtibat- illüstrativ kompozisiyalar, erqonomik dizayn, sual və tapşırıqlar, terminlərin qısa şərhi, elektron nəşrlərlə işləmək imkanı, laboratoriya işləri və test nümunələri tədris materialının şagird tərəfindən mənimsənilməsinə kömək edəcəkdir.























