Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASININ MADDİ-TEXNİKİ BAZASININ YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN S Ə R Ə N C A M I

Azərbaycan Milli Konservatoriyasının yaradılması ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi on gün müddətində Azərbaycan Milli Konservatoriyasının yaradılmasını və onun tərkibinə Musiqi Kolleci və İncəsənət Gimnaziyasının daxil olmasını təmin etsin.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi on gün müddətində Azərbaycan Milli Konservatoriyasının strukturunu müəyyən edərək, Bakı Musiqi Akademiyasının xalq musiqisi ixtisasları üzrə müvafiq kadrları, tələbə kontingenti və tədris ləvazimatının, eləcə də Musiqi Kolleci və İncəsənət  Gimnaziyasının tədris bazalarının bütövlükdə Azərbaycan Milli Konservatoriyasının sərəncamına verilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadi İnikişaf Nazirliyi on gün müddətində Azərbaycan Milli Konservatoriyasını və Musiqi Kollecini müvafiq bina ilə təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Milli Konservatoriyasının, onun nəzdində olan Musiqi Kolleci və İncəsənət Gimnaziyasının fəaliyyətini təmin etmək üçün müvafiq maddi-texniki bazanın yaradılması ilə bağlı məsələləri həll etsin.

5. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 avqust 2001-ci il 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin