Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli və “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq, ölkədə tarifləri (qiymətləri) dövlət tərəfindən tənzimlənən sahələrin liberallaşması istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869 (Cild I); 2024, № 1, maddə 80; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 mart tarixli 130 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 9-cu hissəsində “İstilik təchizatı” sözləri “İstilik təchizatı (qeyri-əhali istehlakçıları istisna olmaqla)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 9, maddə 1324 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 7 mart tarixli 128 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 9.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.1. Müəssisə tərəfindən göstərilən istilik təchizatı xidmət-lərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflərlə, isti su təchizatı xidmətlərinə və qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar isə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçirilir.”;

2.2. həmin qaydalara 2 nömrəli əlavə - “İstilik və isti su təchizatı xidmətlərinə dair Müqavilə”nin 3.1.1-ci yarımbəndində “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən” sözləri “bu Müqavilə ilə” sözləri ilə əvəz edilsin.

3. Bu Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri 

Bakı şəhəri, 3 aprel 2024-cü il

№ 197

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin