ORDU
Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər
Bakı, 3 may, AZƏRTAC
“Anatolian Phoenix - 2024” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri Türkiyə Respublikasının Konya şəhərinə yola düşüblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycanı Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edəcəklər.
Mayın 17-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 Su-25 hücum təyyarəsi də iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2024 [10:04]
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
- 17.05.2024 [14:51]
Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib
- 16.05.2024 [17:44]
Hərbi İnstitutun kursantları idman yarışlarında uğur qazanıblar
- 16.05.2024 [13:53]