Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

Bakı, 27 aprel, AZƏRTAC

XIX əsrdə və XX əsrin əvvəllərində İrəvanda bütün çətinliklərə sinə gərib xalqın tərəqqisinə çalışan, maarif və mədəniyyətin yayılmasına xidmət göstərmiş ziyalılar Fazil İrəvani, Mirzə Ələkbər Elxanov, Məmmədvəli Qəmərlinski, Vahid Muğanlı, Həsənzadə Hüseyn İrəvani, Cəfər bəy Cəfərbəyov, Mirməhəmməd Mirfətullayev, Mirzə Cabbar Məmmədzadə, Rəhim Xəlilov, Mirzə Abbas Məmmədzadə, Şeyx Əbusəttar Kazımov, Mirzə Mustafa Rəcəbov və onlarla bu kimi başqalarının milli pedaqoji kadrların yetişdirilməsində danılmaz əməyi olub. Bu maarif fədailəri öz üzərilərinə düşən missiyanı şərəflə, mərdlik və mətanətlə yerinə yetirmiş, ictimai-pedaqoji, ədəbi fikir tariximizdə pedaqoji şüurun fomalaşmasında əvəzsiz xidmətlər göstəriblər. Bu maarif fədailərinin həyatı, pedaqoji fəaliyyəti çox az tədqiq olunmuş və yaxud da yetərincə araşdırılmayıb.

Bu fikirlər filologiya üzrə fəlsəfə elmləri doktoru, Qərbi Azərbaycan İcmasının üzvü Cəlal Allahverdiyevin “XIX əsrdə və XX əsrin əvvəllərində İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

İrəvanda qabaqcıl maarifçilərin sırasında öz dəst-xəti ilə seçilən Axund Məhəmmədbağır Qazızadənin ictimai-pedaqoji fəaliyyətini əhatə edən illər xalq maarifi sahəsində başlamış böyük bir canlanma ilə müşayiət olunur. O, 1829-cu ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərində anadan olmuşdur. Dərin biliyə və erudisiyaya malik olan Axund Məhəmmədbağır Qazızadənin azərbaycanlı əhali arasında böyük hörmət və ehtirama sahib olmasında başlıca cəhət, bilik və bacarığını təkcə bir məscidin, bir icmanın maraqları baxımından deyil, bütövlükdə xalqa, onun inkişafına xidmət naminə sərf etməsi ilə bağlı olub.

Dövrün qabaqcıl ziyalıları kimi Axund Məhəmmədbağır Qazızadə də yeni tipli məktəblərin yaradılması, pedaqoji kadrlara olan ehtiyacı ödəmək, savadlı kadrlar hazırlamaq zərurətini görərək İrəvanda onun həyata keçirilməsi uğrunda mübarizə aparanların önündə gedirdi. O, İrəvanda ilk qızlar məktəbinin açılmasının təşəbbüskarı və təşkilatçısı olub. Axund Məhəmmədbağır Qazızadə İrəvan Quberniyası Ruhani Məclisinin sədri olmaqla yanaşı, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müdiri və şəriət müəllimi vəzifəsində çalışıb. Həyatının 45 ildən artıq bir hissəsini müəllimliyə, İrəvanda Azərbaycan maarifinin və mədəniyyətinin inkişafına həsr edib.

XIX əsrin sonlarında Azərbaycanda və başqa şəhərlərdə yeni tipli məktəblər açıldığı kimi, İrəvanda da bu sahədə təşəbbüs və xidmət göstərən qabaqcıl ziyalılar olub. Bu ziyalılar arasında həmin dövrdə İrəvanda yaşayıb-yaradan Mirzə Kazım bəy Əsgərzadə Axund Əhmədovun (“Mütəlle” - 1832-1892) 1880-ci illərdə İrəvanda açdığı dünyəvi məktəb çox böyük səmərəli fəaliyyət göstərib. O, tədrisin yeni üsullarla aparılmasında, azərbaycanlı balalarının savadlanmasında çox böyük rol oynayıb. Onun açdığı məktəbdə hesab, ana dilinin sərf-nəhvi, fars dili və nitq fənləri tədris edilirdi. Mirzə Kazım bəy Əsgərzadə İrəvan gimnaziyasının ehtiyat siniflərində dərs deyən Çistyakovla yaxından dostluq münasibəti qurub, onunla maarifçilik sahəsində səmərəli əməkdaşlıq edib. İrəvanda böyük nüfuz sahibi olan, zəkalı, açıq fikirli, fədakar ziyalı Mirzə Kazım bəy Əsgərzadə həm də Mirzə Fətəli Axundzadənin yeni əlifba ideyasını dəstəkləyənlərdən biri olub və bu ideyanın həyata keçməsi üçün böyük səy göstərib.

1880-ci illərdə İrəvanda Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədovla yanaşı, maarifpərvər ziyalı Mirzə Əli Məhəmməd Xəlilovun açdığı “üsuli-cədid” məktəbi də səmərəli fəaliyyət göstərib. 1881-ci ildə İrəvanda yeni tipli “üsuli-cədid” məktəbinin əsasını Mirzə Əli Məhəmməd Xəlilov qoyub.

İrəvanda yaşayıb-yaratmış, ədəbi-bədii sözün görkəmli xadimləri arasında Məşədi İsmayıl Hacı Kazımzadənin (“Bəzmi”) də öz məktəbi olub ki, burada da uşaqlara ibtidai təhsil verilirdi. Həmin dövrdə İrəvanın ədəbi-mədəni həyatının parlaq simalarından olan Məşədi İsmayıl Hacı Kazımzadə ömrünün 20 ilini maarif sahəsinə həsr etmişdi. Onun 1882-ci ildə İrəvanda açdığı üçsinifli məktəbində Fərəc bəy Sultanov, Əli Tağı oğlu Hüseynzadə ana dilini tədris etmişlər. Məktəbdə ilk ildə 14 şagird təhsil alıb. Məşədi İsmayıl Hacı Kazımzadənin açdığı həmin məktəbdə Azərbaycan dili ilə yanaşı, rus dili və hesab fənləri də tədris edilirdi. Görkəmli ədəbiyyat xadimi Firidun bəy Köçərli Məşədi İsmayıl Hacı Kazımzadənin maarifçilik və pedaqoji fəaliyyəti haqqında yazır ki, “mən 1885-ci ildə İrəvan gimnaziyasına müəllim təyin olunduqdan, Məşədi İsmayıl Hacı Kazımzadə ilə tanış olduqdan sonra, onun tədris üsullarını bilmək üçün məktəbinə gedib uşaqların təlimi ilə hədsiz şövqlə məşğul olduğunu görüb, onunla yaxınlaşmağa və dostluq əlaqəsində olmağa səy göstərərdim. Amma əcəl fürsət vermədi. O, cənabın dostluğundan bizi məhrum eylədi”. Onu da qeyd edək ki, Məşədi İsmayıl Hacı Kazımzadə “Bəzmi” təxəllüsü ilə xeyli müxəmməslər, rübailər, qəsidə və qəzəllər yazıb. Hətta onun yaradıcılığını diqqətlə izlədikdə poetik nümunələrinin əksəriyyəti dərs dediyi uşaqlara, onların təlim-tərbiyəsinə, yaxşı təhsil alıb savadlı olmalarına həsr edilib. Onun “Gül oğlum” adlı böyük həcmli şeiri və digər şeirləri də məhz bu qəbildəndir.

İrəvanda milli maarifçilik sahəsindən danışarkən burada fəaliyyət göstərən, qabaqcıl ziyalılardan olan Məmmədqulu bəy Kəngərlinskidən söhbət açmamaq mümkün deyil. O dövrdə qızların təhsil alması, oxuması çox çətin bir məsələ olmasına baxmayaraq, XlX əsrin sonlarında azərbaycanlı qızlar üçün dünyəvi məktəblər açmaq məsələsi bir zərurət kimi meydana çıxmışdı. 1901-ci ildə İrəvan şəhərində Məhəmmədqulu bəy Kəngərlinski öz şəxsi vəsaiti hesabına müsəlman “Leyli” qız məktəbi açmışdı. Başqa məktəblərdən fərqli olaraq burada təhsil pulsuz idi. Məmmədqulu bəy açdığı bu “Leyli” qız məktəbində şagirdlərin rus, alman, fransız dillərində mükəmməl təhsil alması üçün müxtəlif ölkələrdən ixtisaslı müəllimlər dəvət edirdi.

İrəvanda maarifin, mədəniyyətin, milli intibahın tərəqqisi naminə çalışan İbadulla bəy Muğanlinski, Abbas ağa Fərəcov, Haşım bəy Nərimanbəyov, Məmməd Əliyev, Mehdi Kazımov, İsfəndiyar bəy Sultanov, Tərlan xanım Sultanova və onlarla bu kimi fədakarlıq göstərən ziyalıların adlarını qeyd etmək olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Litvada prezident seçkilərində səsvermə başlayıb

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub

NATO: Rusiya ilə böyük münaqişədə maraqlı deyilik

Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirir

Alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır

İsveçrə “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi olub

Alimlər zəlilərdən təsirlənərək yeni bir cihaz hazırlayıblar

“Musiqi kimliyimiz” layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq

Bədəndə iki fərqli bioloji saatın sinxronlaşdırılması qocalmanın qarşısını ala bilər

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

“Yüksəliş” iştirakçılarının nəzərinə: “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirildi

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

® Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Neftçalada 200-dən çox sərv ağacı əkilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Zığ şosesində təmir işləri ilə əlaqədar sürət həddi endirilib

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Səidə Ömər: Azərbaycan xalqını tanımaq istəyən onun mədəniyyət nümunələri ilə yaxından tanış olmalıdır

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Gələcəyin enerjisi hidrogen, Azərbaycanın yaşıl gələcəyində bu istiqamətdə atılan addımlar - TƏHLİL

“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək

Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi ola bilər

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb

Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir VİDEO

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir

Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir VİDEO

ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil VİDEO

Prezident: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq

Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir VİDEO

Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir

Prezident: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir VİDEO

Prezident İlham Əliyev: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir VİDEO

BMY Baş Assambleyası Fələstinin təşkilatda hüquqlarının genişləndirilməsinə səs verib

Azərbaycan İstanbulda keçiriləcək Dünya İslam alimlərinin məşvərət toplantısında təmsil olunacaq

Astronomlar ilk dəfə öz atmosferi olan qayalı planet kəşf ediblər

Atırau Dövlət Universitetində Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

Almatıda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar aparılıb

Qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmaları proqnozu üstələyib

Probasiya nəzarətində olan 33 nəfərə sosial-psixoloji yardım xidməti göstəriləcək

İlon Mask güclü geomaqnit qasırğasının “Starlink” peyklərinə təsirindən danışıb

Müdafiə naziri: Hərbi Hava Qüvvələrinin fəaliyyəti hər zaman yüksək qiymətləndirilib

Fransalı atıcı Bakıdakı Dünya Kubokunda yenə qızıl medalı əldən verib

Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

CAR-da keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin bərpasında tarixi rolundan və xalqımız qarşısında misilsiz xidmətlərindən danışılıb

Çinin Şansi əyalətinin nümayəndə heyəti AZƏRTAC-da olub VİDEO

Ermənistan polisi İrəvanda etiraz aksiyasının 41 iştirakçısını saxlayıb

Jan Perrən: Heydər Əliyev böyük şəxsiyyət, güclü siyasi xadim idi VİDEO

Ulu Öndərin ildönümünə həsr olunan minifutbol turniri başa çatıb

Tanınmış futbolçuların komandası 21 ildən sonra A Seriyasına yüksəlib

Azərbaycanın Orta Dəhlizin Qafqazdakı, Bolqarıstanın isə Avropadakı logistika mərkəzinə çevrilməsi artıq reallıqdır - ŞƏRH

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

AHİK sədri: Şuşa sakinlərini öz evlərində görmək çox qürurvericidir

Almaniyada Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə gənclər konfransı keçirilib

Estoniya mediası: Heydər Əliyev Azərbaycanın müasir tarixinin rəmzidir

“Sabah”ın baş məşqçisi: Yerli basketbolçularımızın diskvalifikasiyası bizə problem yaradacaq