İDMAN
Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib
Bakı, 27 aprel, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start verilib.
AZƏRTAC xəbər verir ki, açılış oyununda "Sabah" və "Səbail" komandaları üz-üzə gəlib. "Bank Respublika Arena"da keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Con İrazabal və Cesse Sekidika vurub.
Bu nəticədən sonra xallarını 49-a çatdıran "Sabah" turnir cədvəlində üçüncü pilləyə yüksəlib. "Səbail" isə 42 xalla altıncı yerdə qalıb.
Qeyd edək ki, turun digər oyunları aprelin 28-29-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [19:17]
Azərbaycan parataekvondoçusu Avropa çempionu olub
- 11.05.2024 [18:04]
İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib
- 11.05.2024 [17:10]
“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
- 11.05.2024 [16:15]
Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub
- 11.05.2024 [16:06]