MƏDƏNİYYƏT
Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək
Bakı, 26 aprel, AZƏRTAC
Mayın 6-da Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, istedadlı konsertmeyster, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyeva, qeyri-adi, nadir vokal olan kontraltonun sahibi Fidan Dəmirova və Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanda ilk və yeganə kontratenor İlham Nəzərovun ifasında barokko dövrünün musiqi şedevrləri səslənəcək.
Konsert proqramının iştirakçıları həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda keçirilən çoxsaylı müsabiqələr və festivalların laureatlarıdır.
Konsertə giriş pulsuzdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:43]
Azərbaycanın turizm imkanları Dubayda sərgilənir
- 06.05.2024 [15:31]
Uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş təşkil olunub
- 06.05.2024 [12:45]
Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib
- 06.05.2024 [12:00]